Məktəblərdə tənəffüs vaxtı uzadılır? - Nazir AÇIQLADI

25
noy
2022
17:14
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə tənəffüs vaxtlarının artırılması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.
BAKU.WS-in oxu.az-a istinadla məlumatına görə, nazir keçirdiyi brifinqdə qeyd edib ki, məsələ barədə təkliflərə baxıla bilər:
“Bu barədə məktəb rəhbərliyi ilə valideynlər qərara gələ bilərlər. Direktor fikirləşsə ki, bu məsələni tənzimləmək olar, o zaman bununla bağlı məsələyə baxıla bilər”.
Nazir bildirib ki, məktəblərdə tənəffüslərin qısa olması isə ikinövbəli məktəblərdə şagirdlərin orada qalma müddətinin uzanmaması üçündür.
Oxşar xəbərlər
Bu həftə məktəblərdə dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlanıb. BAKU.WS xəbər verir ki, Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsi distant təhsilə keçib. Məktəbdən məl...