Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu

Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Foto
Sosial 8

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında şöbə rəislərindən biri vəzifəsindən çıxarılıb.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədovun qızıdır. Çillər Əsədli uzun illər sözügedən şöbənin rəisi kimi təhsil və tibb müəssisələrində "İntihar və intihara cəhd hadisələrin qarşısının alınması", "Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları" mövzusunda seminarlar keçirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər