Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir.
BAKU.WS xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin "X" sosial şəbəkə hesabında bununla bağlı video paylaşılıb.
"Diaspor Gənclərinin Yay Düşərgələri diaspor tarixinin unikal layihələrindəndir", - paylaşımda bildirilib və əlavə edilib ki, layihə artıq 7-ci dəfədir ki, Azərbaycanda keçirilir.
Belə ki, 1-ci düşərgə Şəki, 2-ci Şamaxı, 3-cü Şuşa, 4-cü Naxçıvan, 5-ci Laçın, 6-cı düşərgə isə Xankəndidə baş tutub: "Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi bu il Şərqi Zəngəzurda keçirilir".
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları iyulun 31-də Azərbaycana gəliblər.
Oxşar xəbərlər
Böyük Britaniyadakı quraqlıq tərəvəz qiymətlərinin artmasına səbəb olub
Bu yay Böyük Britaniyada uzun sürən quraqlıq və anomal istilər bir sıra kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalmasına, qiymətlərin artmasına və tərə...