Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: İyul ayının reytinq cədvəli açıqlanıb
2026-cı ilin iyul ayı üzrə Azərbaycanın televiziya kanallarının "YouTube" reytinqi açıqlanıb.
BAKU.WS xəbər verir ki, "FeedSpy" statistikasına əsasən, Baku TV iki kanalı üzrə ümumilikdə 65 164 230 baxış toplayaraq ölkə telekanalları arasında növbəti dəfə birinci yerdə qərarlaşıb.
Baxışların 43 486 652-si "Baku TV AZ", 21 677 578-i isə "Baku TV RU" kanalının payına düşüb.
Reytinq cədvəlində ikinci yerdə 24 066 974 baxışla İctimai TV, üçüncü pillədə isə 20 136 407 baxışla "ARB 24" qərarlaşıb.
İlk onluq aşağıdakı kimidir:
Baku TV (2 kanal) - 65 164 230;
İctimai TV - 24 066 974;
"ARB 24" - 20 136 407;
"Xəzər" TV (5 kanal) - 19 303 272;
CBC (3 kanal) - 10 389 863;
"Biznes TV" (5 kanal) - 9 596 805;
AzTV (5 kanal) - 9 581 903;
ARB (5 kanal) - 2 125 104;
APA TV - 2 124 353;
"İdman TV" - 2 004 078;
"CBC Sport" (3 kanal) - 1 651 832;
"Space TV" - 1 011 225;
"Real TV" - 769 372;
"Kanal S" - 303 166.
Qeyd edək ki, reytinq "FeedSpy" platformasının 2026-cı ilin iyul ayı üzrə açıqladığı "YouTube" baxış statistikası əsasında hazırlanıb.
Oxşar xəbərlər
Allergiyadan astmaya aparan səbəblər: Kondisioner də nəfəs yollarını zədələyir?
"Baku Med" verilişinin yeni buraxılışında tənəffüs yolları xəstəliklərindən danışılıb. Tənəffüs yolları xəstəlikləri hansı qruplara bölünür? Ən çox rast gəlinən...