Həmin görüntülər araşdırıldı, sürücülərlə bağlı tədbir görüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xəzər rayonu ərazisində, Zuğulba-Bilgəh istiqamətində velosiped zolağında nəqliyyat vasitələrinin qanunsuz park edilməsi ilə bağlı yayılan görüntülər üzrə polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Bakı şəhər DYPİ-dən BAKU.WS-ə bildirilib ki, yol hərəkəti qaydalarını pozaraq velosiped zolağında dayanma və parklanma edən sürücülər müəyyən olunub.
Həmin sürücülər barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.
Sürücülərin diqqətinə bir daha çatdırılır ki, velosiped zolaqları yalnız velosipedlərin təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub.
Bu zolaqlarda nəqliyyat vasitələrinin saxlanılması və ya park edilməsi yolverilməzdir və bu kimi hallara qarşı nəzarət tədbirləri davam etdirilir.
Qeyd edək ki, Zuğulba ilə Bilgəh qəsəbələrini birləşdirən yolda salınmış velosiped zolağının avtomobillər tərəfindən zəbt edilməsi ilə bağlı görüntülər yayılıb.
Velosiped həvəskarlarının sözlərinə görə, sanatoriyaların və istirahət mərkəzlərinin olduğu istiqamətdə, yolun sağında velosipedçilər üçün salınmış xüsusi zolaq parkinqə çevrilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...