İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Gələcək müharibələr informasiya, kosmik texnologiya və müdafiə iqtisadiyyatı sahəsindəki üstünlüyə əsaslanacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Sərdar İbn ər-Rza müdafiə sənayesi alimləri ilə görüş zamanı deyib.
"Müdafiə sənayesi minimum xərclə maksimum döyüş gücü istehsal etməyi və döyüş meydanının ehtiyaclarını real vaxt rejimində ödəməyi bacarmalıdır", - iranlı general bildirib.
Onun sözlərinə görə, müdafiə texnologiyalarının ölkənin müxtəlif sektorlarına ötürülməsi milli inkişafın tələblərindən biridir:
"Müdafiə sənayesində istehsal olunan hər bir texnologiya çəkindirici qabiliyyətin artırılması ilə yanaşı, sənaye, nəqliyyat, energetika, rabitə və ölkənin digər strateji sahələrində tərəqqi mühərriki olmalıdır. Bu qarşılıqlı əlaqə İranın müdafiə sənayesinin mühüm üstünlüklərindən biridir".
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...