Böyük Britaniyadakı quraqlıq tərəvəz qiymətlərinin artmasına səbəb olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu yay Böyük Britaniyada uzun sürən quraqlıq və anomal istilər bir sıra kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalmasına, qiymətlərin artmasına və tərəvəz idxalının çoxalmasına səbəb olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, pab, restoran və supermarket sahibləri kahı və brokkolini İspaniya ilə Niderlanddan almağa başlayıblar. Normal şəraitdə məhz bu dövrdə Britaniya fermerləri bu bitkilərin əsas məhsulunu yığırlar, lakin istilər və yağıntıların olmaması səbəbindən istehsal həcmi əhəmiyyətli dərəcədə azalıb.
"Biz bu məhsulun qablaşdırmada satıldığı çəkini əldə etmək üçün iki baş brokkoli qoymaq məcburiyyətindəyik", - Kələm Bitkiləri İstehsalçıları Assosiasiyasının idarə heyətinin üzvü Devid Simmons qəzetə bildirib.
Bu fonda pomidorun topdansatış qiymətləri 60%, aysberq kahısı 90%, kartof isə 40%-dən çox bahalaşıb.
"The Guardian" qeyd edir ki, 100-dən çox şirkətin, o cümlədən ölkənin ən iri ərzaq şəbəkələrinin rəhbərləri baş nazir Endi Börnhemə idxaldan asılılığı azaltmaq və milli ərzaq sisteminin gücləndirilməsini hökumətin prioritetlərindən birinə çevirmək çağırışı ilə açıq məktub göndəriblər.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...