Birinci sinfə şagird qəbulu müvəqqəti dayandırılır - RƏSMİ

08
may
2021
13:03
Birinci sinifə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq.
Bu barədə BAKU.WS-ə Təhsil Nazirliyindən məlumat daxil olub.
Məlumata görə, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq.
Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Oxşar xəbərlər
Sabahdan birinci siniflərə şagird qəbulu başlayır
Sabahdan, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır. BAKU.WS xəbər verir ki, qəbul...