Zərgərlik avadanlıqlarının idxalı vergidən azad edildi
09
mar
2021
19:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Dəyişiklik cari ilin yanvarın 1-dən 3 il müddətinədək davam edəcək.
Oxşar xəbərlər
Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb
Baş Nazir Əli Əsədov “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. BAKU.WS xəbər verir ki...