Zaqatalada "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti "KOB FEST" sərgi-satış yarmarkası Zaqatalada keçiriləcək.
BAKU.WS KOBİA-ya istinadən xəbər verir ki, oktyabr tarixlərın 11-13-də təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Zaqatala və ətraf bölgələrdən olan KOB subyektləri Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB Fest - Zaqatala" qeyd olunmalıdır).
Qeyd edək ki, "KOB FEST" sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir.
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,2 ABŞ dolları və ya 0,16 % artaraq 122,9 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...