Vergi ödəyicilərinin NƏZƏRİNƏ: İdxal ediləcək mallarla bağlı yeni qərar İMZALANDI
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyinin Kollegiyası "Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması"nın təsdiq edilməsi haqqında" 14 mart 2022-ci il tarixli qərarında dəyişiklik edib
BAKU.WS xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, vergi ödəyiciləri idxal ediləcək mallar barədə məlumat formasını nazirlik yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə dolduraraq vergi orqanına təqdim edəcək.
Bundan başqa, qərarın adı genişləndirilərək "Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması və təqdim edilmə qaydası" edilib.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər
Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir"
"PATA ilə tərəfdaşlığımız Asiya-Sakit okean regionu ilə daha sıx əlaqələrin qurulmasına sadiqliyimizi nümayiş etdirir". BAKU.WS xəbər verir ki, bu sözləri "PAT...