Türkiyədə turizm rekordu: 2024-cü ildə 62 milyondan çox turist

31
yan
2025
19:03
2024-cü ildə Türkiyə turizm sektorunda yeni rekorda imza atıb.
BAKU.WS xəbər verir ki, il ərzində ölkəyə 62 milyon 269 min 890 turist səfər edib ki, bu da 2023-cü illə müqayisədə 9,8% artım deməkdir.
Turizmdən əldə edilən gəlir də artaraq 61,1 milyard dollara çatıb. Bu göstərici əvvəlki illə müqayisədə 8,3% çoxdur.
Türkiyəyə ən çox turist göndərən ölkələr sırasında Rusiya, Almaniya və Böyük Britaniya liderlik edib. Ölkəyə gələn beynəlxalq ziyarətçilər orta hesabla 10,7 gün Türkiyədə qalıb və bir turistdən əldə edilən gəlir 972 dollar təşkil edib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq
Səudiyyə Ərəbistanı iyul ayında avropalı alıcılar üçün bütün növ neftin qiymətini bir barel üçün 1,8 dollar qaldıracaq. BAKU.WS "Report"a istinadən xəbər verir...
