Türkiyə Qara dəniz qaz yatağı ilə quru terminalını birləşdirib
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Qara dəniz qaz yatağını quruda paylayıcı terminal ilə birləşdirib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə şirkət tvitter səhifəsində məlumat yayıb.
“Sakaryadakı qaz yatağımızı quru terminalına birləşdirən boruların quraşdırılması uğurla başa çatdırılıb. Bu işlər, aprelin 20-dən ölkə paylayıcı sistemə qazın vurulmasına başlamaq məqsədi ilə həyata keçirilib” - məlumatda deyilir.
Martın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Filyos şəhərindəki qaz emalı zavoduna ilk qazın vurulması mərasimi aprelin 20-də, Ramazan ayının son günü keçiriləcək.
Oxşar xəbərlər
SOCAR ilə TPAO arasında əməkdaşlığa sənədlər imzalanıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2023-cü il fevralın 2-də “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin...