Türkiyə bu il Azərbaycandan daha çox qaz alıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Türkiyə Azərbaycandan 7,79 mlrd kubmetrdən artıq qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.
Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) verdiyi məlumata görə, Türkiyə ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 mlrd. kubmetrə yaxın qaz idxal edib.
Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Yanvar-oktyabr aylarında bu ölkədən Türkiyəyə təxminən 12,21 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 6,02 mlrd. kubmetrdən çox qaz nəql edib.
Qeyd edək ki, ötən dövr ərzində Türkiyənin qaz idxalı 31,63 mlrd. kubmetrə yaxın təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan neft hasilatını 3% azaldıb, qaz hasilatını isə 28% artırıb
Bu ilin yanvar-oktyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,8 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən sabit...