Türkiyə Azərbaycan neftinin idxalını artırıb
01
apr
2019
18:59
Türkiyə Azərbaycan idxal etdiyi neftin həcmini artırıb. Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 78 min ton xam neft idxal edib ki, bu da 2018-ci ilin dekabr ayı ilə müqayisədə 4,9 dəfə çoxdur.ONA-nın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2018-ci ilin yanvarında Türkiyə Azərbaycandan neft idxal etməyib.Türkiyəyə neft idxalına görə birinci yeri İraq tutur ki, yanvar ayında bu ölkədən Türkiyəyə təxminən 726,12 min ton neft ixrac olunub. İkinci yerdə qərarlaşan İran isə hesabat ayında Türkiyəyə 381,2 min ton neft nəql edib.Qeyd edək ki, yanvar ayında Türkiyənin ümumi neft idxalı 2018-ci ilin analoji ayına nisbətən 48,14% artaraq 2,19 mln. ton təşkil edib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Gürcüstana qaz ixracını artırıb
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 486 014 kub metr təbii qaz idxal edib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Mill...