Azərbaycan iqtisadiyyatı 3%-ə yaxın böyüyüb
18
fev
2019
21:59
Bu ilin yanvar ayında Azərbaycanda 5 929,5 mln. manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2,9% çoxdur.Son 1 ildə adambaşına düşən ÜDM-in dəyəri isə 2,1% artaraq 601,1 manata çatıb.Hesabat dövründə ölkədə istehsal olunmuş əmtəə və xidmətlərin 57,4%-i və yaxud 3 405,4 mln. manatlıq hissəsi qeyri-neft sektorunun payına düşüb. Bu, illik müqayisədə 2,7% çoxdur.Ay ərzində sənaye məhsullarının istehsal dəyəri isə 3 769,7 mln. manat təşkil edib. Bu isə 1 il əvvəllə müqayisədə 3,4% çoxdur.O cümlədən qeyri-neft sənayesi məhsullarının istehsal dəyəri 13,8% artaraq 846,8 mln. manata yüksəlib.BAKU.WS
Oxşar xəbərlər
Benzin və dizellə bağlı rəsmi məlumat
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 617,5 mln. manat olmaqla əvvəlki ilin yanvar-okty...