Azərbaycan qaz ixracını artırıb
16
apr
2019
19:52
2019-cu ilin I rübündə ölkə üzrə qaz hasilatı 25,1% artıb.SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, rüb ərzində ölkədə 9 mlrd. kub.m-dən çox təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artım deməkdir.Hesabat dövründə neft hasilatının stabil qaldığı bildirilir.Məlumata görə, təbii qaz ixracının dinamikasında rüb ərzində 27%, neft və neft-kimya məhsullarının ixracında isə 10,5% artım qeydə alınıb. Eləcə də ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,11 mlrd kub.m, neft hasilatı 0,15% artaraq, 9,72 mln ton, təşkil edib. SOCAR üzrə 1,853 mln ton neft, 1,564 mlrd kub.m qaz hasil olunub.BAKU.WS
Oxşar xəbərlər
Dekabrda Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub
Azərbaycanda dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barrel olub.Energetika Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bunun 721 min barrelini xam ne...