Türkiyədə ev alanlara 7200 manat pul veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ev almaq istəyən şəxslərin adlarına daşınmaz əmlak olmamalı, 18 yaşına qədər ölkə banklarında mənzillə təminat üçün nəzərdə tutulmuş hesabı olmalıdır
BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, Türkiyə hökuməti ölkə vətəndaşlarına sosial dəstəyini gücləndirir. Seyyah.az türk mətbuatına istinadən xəbər verir ki, bu ölkədə ilk dəfə ev alanlara 15 min lirə (təxminən 7 200 manat), ilk dəfə evlənənlərə isə 5 min lirə (təxminən 2 400 manat) dövlət tərəfindən maliyyə yardımı veriləcək. Amma yardım almaq üçün bəzi şərtlər var.
Ev almaq istəyən şəxslərin adlarına daşınmaz əmlak olmamalı, 18 yaşına qədər ölkə banklarında mənzillə təminat üçün nəzərdə tutulmuş hesabı olmalıdır. Hesaba 30 min lirəyə (təxminən 14 300 manat) qədər pul yatırılmasına icazə verilir. Ailə qurarkən dövlətdən pul almaq istəyənlər isə bunu 27 yaşına qədər reallaşdırmalıdırlar. Türkiyə Ailə və Sosial Siyasət Nazirliyinin məlumatına görə, ötən il hökumət sosial məqsədlərə 32 mlrd. lirə (təxminən 15,3 mlrd. manat) xərcləyib. Bu vəsaitdən 3,154 mln. ailə faydalanıb.
BAKU.WS
Oxşar xəbərlər
Krediti olanlar sosial mənzil ala biləcəklərmi? – VİDEO
Sosial mənzillərin elektron qeydiyyatının başlanmasına 10 gün qalıb. Bir çox insanın banklarda krediti olduğuna görə bu şəxslərin sosial mənzil üçün müraciət ed...