Türk dövlətlərini birləşdirən layihə: Azərbaycandan Avropaya "yaşıl enerji körpüsü"
Baku TV-nin "COP BAKU" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki buraxılışında Asiya və Avropanı coğrafi olaraq bir-birinə bağlayan Azərbaycanın həyata keçirdiyi enerji siyasətindən bəhs olunub.
Bildirilib ki, ölkəmiz ənənəvi enerjidən "yaşıl enerji"yə uğurlu keçidlə bu iki qitəni enerji baxımından birləşdirən əsas mərkəzə çevrilib.
Prezident İlham Əliyevin 2022-ci ildə Buxarestdə imzaladığı strateji tərəfdaşlıq sazişi bu istiqamətdə dönüş nöqtəsi oldu. Həmin saziş çərçivəsində Qara dənizin dibi ilə uzanacaq kabel xətti vasitəsilə Azərbaycanın "yaşıl enerji"si Avropaya ötürüləcək. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib ki, layihə artıq reallaşma mərhələsindədir və Türk dövlətlərinin də bu enerji xəttinə qoşulması planlaşdırılır. Eyni zamanda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı birləşdirəcək ikinci enerji ixrac marşrutu üzərində iş aparılır. Şimali Kipr Türk Cümhuriyyətinin energetika naziri Olgun Amcaoğlu isə bu layihəni Türk dünyasının həm iqtisadi, həm də mənəvi birliyinin rəmzi adlandırıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Azərbayсan ət idxalını 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 33 min 320 ton ət idxal edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 75 milyon 768 mi...