Teatr tamaşaları, film nümayişləri ilə bağlı xidmətlərə görə ƏDV-nin 50 faizi qaytarılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizi qaytarılacaq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə" fərmanında əksini tapıb.
Fərmana əsasən, müvəkkil bank 10 gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Vergi Məcəlləsinə uyğun olaraq, qaytarılan məbləğ teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edir.
Bu Fərman 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...