TANAP vasitəsilə sınaq qaz tədarükü başladı
15
apr
2019
22:17
"Cənub Qaz Dəhlii" layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlayıb.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə TANAP konsorsiumundan mənbə bildirib.Konsorsiumdan deyilib ki, bu, sistemin sınaqdan keçirilməsi üçün istifadə olunacaq təbii qazdır: "Təbii qazın kommersiya tədarükü Transadriatik qaz kəməri (TAP) qazı qəbul etməyə hazır olduqdan sonra başlayacaq. TANAP bütün mərhələlərdə hazırdır, lakin TAP hazır olmayana qədər qazın Avropaya kommersiya tədarükü mümükün deyil".Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.İyunun 12-də Türkiyənin Əskişəhərdə TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.BAKU.WS
Oxşar xəbərlər
Gələn aydan TANAP-ın qazla doldurulmasına başlanılır
SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri TANAP-ın İdarə Heyətinin martın 27-də Ankarada keçirilmiş toplantısında iştirak ediblər...