Taleh Kazımov: Neft 45 dollara düşsə belə Azərbaycanın tədiyə balansı profisitdə qalacaq
"Son 20 il ərzində təkcə 2020-ci ildə neftin orta illik qiyməti 42 dollar olub. Yəni, ondan aşağı olmayıb. Neftin qiyməti qısa müddətə aşağı düşən kimi həm vətəndaşlar, həm də biznes nümayəndələri dərhal narahat olurlar. İl ərzində neftin qiyməti 0-a da düşə bilər, 200-ə də qalxa bilər. Əsas bizə vacib olan göstərici orta illik qiymətdir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib.
AMB sədri əlavə edib ki, neftin orta illik qiyməti 45 dollar olsa belə, bugünkü hasilat həcmlərini də nəzərə alsaq, bizim cari əməliyyatlar balansımız profisitlidir.
"Hazırda büdcədə neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində təsdiq edilib. Burada da hesablamalarımız onu göstərir ki, 10 dolların dəyişimi icmal büdcəyə 1.4 milyard manat təsir edir.
Azərbaycanın bugünkü büdcə həcmi üçün bu böyük rəqəm deyil. Yəni hansısa xərclərimizi azaldaraq və ya hansısa investisiya layihələrimizi, əsaslı xərclərimizi növbəti ilə keçirməklə biz rahatlıqla potensial yarana biləcək təsirlərin, mənfi təsirlərin qarşısını ala bilərik. Nə cari əməliyyatlar balansında, nə büdcədə neftin qiymətinin azalmasında böyük problem görmürük".
Oxşar xəbərlər
Taleh Kazımov: "Maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq edəcəyik"
"Biznesin kreditləşməsində hansısa məhdudiyyətlər və ya sərt tənzimləmə bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq olunmur və bizim bütün tələblərimiz in...