Suriya energetika naziri: "Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bizim üçün böyük xoşbəxtlikdir"
Suriya energetika naziri Məhəmməd Əl Bəşir bildirib ki, söz verildiyi kimi bu layihənin ən qısa vaxtda həyata keçirilməsi xüsusi olaraq qeyd olunmalıdır.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi onlar üçün böyük xoşbəxtlikdir.
Nazir əlavə edib ki, yalnız Suriyaya dost və qardaş ölkələr onun xalqının rifahını və firavanlığını düşünə bilər.
Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09ABŞ dolları, yaxud 1,6 % artaraq 67,84ABŞ dolları təşkil edib. BAKU.WS xəbər v...