SOCAR Xəzərdə iri obyektlər inşa edəcək

23
sen
2019
16:47
SOCAR hasilatın düşmə tempinin azaldılması və stabilləşdirilməsi çərçivəsində yaxın gələcəkdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Qərbi Abşeron” yatağında 16 istismar quyusunun qazılması üçün yeni özülün tikintisini planlaşdırır.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bundan əlavə SOCAR yaxın gələcəkdə 10 quyunun qazılması üçün “Neft Daşları” yatağında estakadayanı meydançanın tikintisini nəzərdə tutur.SOCAR-dan verilən məlumata əsasən, eyni zamanda hasilatın azalmasının qarşısının alınması üçün geoloji-texniki tədbirlərlə yanaşı yeni istismar və horizontal quyuların qazılması nəzərdə tutulub: “Bu işlərin həyata keçirilməsi neft və qaz hasilatının artmasına imkan yaradacaq”.Məlumata görə, bu il SOCAR-ın balansında olan yataqlarda onlarla quyu qazılıb, 86 min metrdən artıq qazma işləri görülüb: “İstismar quyuları ilə yanaşı, axtarış quyularının da qazılması aparılır”.
Oxşar xəbərlər
SOCAR və “Petrofac” “Abşeron” yatağında texniki xidmət göstərəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Petrofac” şirkəti ilə yaratdığı birgə müəssisə Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənməsi ç...
