SOCAR və "Naftogaz Group" yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Ukraynanın "Naftogaz Group" şirkəti arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (WEF 2026) çərçivəsində "Naftogaz Group"un İdarə Heyətinin sədri və baş icraçı direktoru (CEO) Sergeу Koretski ilə görüş keçirdim. Müzakirələr zamanı əməkdaşlığın genişləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının araşdırılmasına sadiqliyimizi bir daha təsdiqlədik", - o qeyd edib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...