SOCAR "Uniper"lə 2025–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı imzalayıb

SOCAR Uniperlə 2025–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı imzalayıb
Foto
İqtisadiyyat 32

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın "Uniper" şirkəti arasında 2025–2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, sənədə iki şirkət arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclasında imza atılıb.

İclasda ilk öncə şirkətin vitse-prezidenti Elşad Nəsirov, "Uniper SE"nin kommersiya üzrə direktoru Karsten Poppinga və Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemannın çıxışları dinlənilib. Daha sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva əsas məruzə ilə çıxış edib.

Çıxışlarda SOCAR ilə "Uniper" şirkəti arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, birgə həyata keçirilən layihələrin Avropa enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Şirkətlər arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Daha sonra SOCAR-Uniper əməkdaşlığı, Cənub Qaz Dəhlizi üzrə mövcud vəziyyət, Avropa enerji siyasəti və yeni tendensiyalar, enerji keçidi, dayanıqlılıq və dekarbonizasiya, şirkətlərin kommunikasiya və ictimaiyyətlə əlaqələr, kadr siyasəti barədə təqdimatlar edilib, mövzular əsasında fikir mübadiləsi aparılıb. İclasda, eyni zamanda kommunikasiya və korporativ sosial məsuliyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Son xəbərlər