"SOCAR Trading" rəsmisi: "Paris Sazişi" ölkələrə çeviklik təklif edir"

SOCAR Trading rəsmisi: Paris Sazişi ölkələrə çeviklik təklif edir
İqtisadiyyat 70

"Paris Sazişi" bu sənədə qoşulan ölkələrə çeviklik təklif edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi – "SOCAR Trading"in karbon kvotaları üzrə treyderi Juli Noller İsveçrənin Lozanna şəhərində keçirilən "Financial Times Commodities Global Summit 2025" tədbirində "Karbon kvotaları ticarəti: qlobal tənzimləmə şəraitində karbon bazarlarının gələcəyi" adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, lakin bununla birlikdə ölkələr üçün dayanıqlı karbon bazarı infrastrukturlarını inkişaf etdirmək məsuliyyəti yaranır.

O qeyd edib ki, karbon ticarəti mənzərəsi inkişaf etdikcə, "SOCAR Trading" səmərəli və etibarlı karbon bazarlarının inkişafına töhfə verməyə sadiq qalır.

Sammitdə 85-dən çox spiker və enerji sektorundan 450 nümayəndə iştirak edir.

2007-ci ilin dekabrında SOCAR-ın marketinq bölməsi kimi təsis edilmiş "SOCAR Trading"in baş ofisi Cenevrədə yerləşir. Şirkətin Londonda, Sinqapurda, Dubayda və Hyustonda nümayəndəlikləri var. "SOCAR Trading" xam neft, neft məhsulları, LNG, təbii qaz və ekoloji məhsulların ticarəti ilə məşğuldur.

Son xəbərlər