SOCAR-TPAO əməkdaşlığı çərçivəsində birgə təlim keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR və "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti arasında 2023-cü ilin iyun ayında imzalanmış Anlaşma Memorandumuna əsasən, insan kapitalının inkişafı və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq uğurla davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Bildirilib ki, bu tərəfdaşlıq çərçivəsində 22-26 sentyabr 2025-ci il tarixlərində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin ekspert təlimçisi tərəfindən TPAO əməkdaşları üçün "Qazma prosesi zamanı quyulara nəzarət" və "İki lüləli quyuların əsaslı və yeraltı təmirində əməliyyatların sürətləndirilməsi və asanlaşdırılması üsulları" mövzularında beşgünlük intensiv təlimlər keçirilib.
Layihə SOCAR və TPAO arasında insan kapitalı sahəsində qarşılıqlı öyrənmə və inkişaf təşəbbüslərinin davamlılığını təmin etməklə yanaşı, enerji sektorunda bilik və təcrübə mübadiləsinə töhfə vermək məqsədi daşıyır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 6,64 dollar ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 106,81 ABŞ dollarına düşüb. BAKU.WS xəbər verir ki, bu barədə neft bazarındakı m...