SOCAR, "TotalEnergies" və XRG rəhbərləri arasında görüş keçirilib
"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf, "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Martina Opizzi və XRG şirkətinin Beynəlxalq qaz məsələləri üzrə prezidenti Məhəmməd Əl Əryani arasında görüş keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə SOCAR, "TotalEnergies" və XRG şirkətləri arasında enerji sektorunda uğurla həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Tərəflər Abşeron qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi üzrə görülən işləri nəzərdən keçiriblər. Bu xüsusda, SOCAR, "TotalEnergies", XRG və BOTAŞ arasında Abşeron qaz-kondensat yatağından Türkiyəyə uzunmüddətli qaz təchizatı ilə bağlı sazişin imzalanmasının əhəmiyyəti qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
SOCAR Serbiya şirkəti ilə Niş şəhərində qaz elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın "Elektroprivreda Serbiya" (EPS) şirkəti arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının...