SOCAR San-Marino ilə təbii qaz tədarükünü müzakirə edib

SOCAR San-Marino ilə təbii qaz tədarükünü müzakirə edib
Foto
İqtisadiyyat 64

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və San-Marino arasında təbii qaz tədarükü, bərpaolunan enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın perspektiv imkanları müzakirə olunub.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin San-Marinonun maliyyə və büdcə, nəqliyyat və energetika üzrə dövlət katibi Marko Qatti və Əmək, iqtisadi planlaşdırma, Muxtar Dövlət Kommunal Xidmətlər Korporasiyası (A.A.S.S.) ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiyalar üzrə dövlət katibi Alessandro Bevitori ilə keçirilən görüşündə aparılıb.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd olunub. Bu gün Azərbaycanın təbii qazının 16 ölkəyə ixrac edildiyi bildirilib.

Söhbət zamanı qonaqlara SOCAR-ın "yaşıl enerji" gündəliyi, "SOCAR Green" şirkətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

O cümlədən tərəflər enerji sektorunun müxtəlif istiqamətləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər