SOCAR: "Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi üzrə tranzit həcmi dörd milyon tona çatdırılıb"
SOCAR və "KazMunayQaz" (KMG) şirkəti Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsini uğurla davam etdirərək tranzit həcmini dörd milyon tona çatdırıblar.
BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir.
Qeyd olunub ki, Qazaxıstan neftinin 427-ci partiyası "Prezident Heydər Əliyev" tankeri ilə martın 12-də Aktau limanından çıxıb və martın 13-də "Azərtrans" Səngəçal terminalına çatıb. Bugünədək tranzit edilən həcmdən 3.8 milyon ton "Tengiz" yatağının, 200 min ton isə "Kaşağan" yatağının payına düşür.
Xatırladaq ki, "Tengiz" neftinin ilk partiyası 2023-cü il martın 23-də, "Kaşağan" neftinin ilk partiyası isə 2025-ci il yanvarın 27-də Aktaudan Bakıya çatdırılıb. Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.
Layihədə Azərbaycan tərəfini SOCAR-ın törəmə müəssisəsi "SOCAR Midstream Operations" MMC təmsil edir.
Oxşar xəbərlər
Azərbaycanın neft ixrac etdiyi TOP 10 ölkə
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 10-dan artıq ölkəyə 3 milyon 600 min 307,4 ton həcmində neft ixrac olunub. BAKU.WS "Report"a istinadən xəbər verir...