“SOCAR Polymer” doqquz ayda 64 mln. dollara yaxın məhsul ixrac edib
30
okt
2019
15:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr ayları ərzində “SOCAR Polymer” MMC 63,7 mln. dollar dəyərində məhsul ixrac edib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin oktyabr sayında göstərilib.Hesabat dövründə “SOCAR Polymer” qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin reytinqində ikinci sırada qərarlaşıb.Bu ilin 9 ayı ərzində 53,6 mln. dollar dəyərində ilkin formalı polipropilen ixrac edilib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 0,6 mln. dollar təşkil edib. Bu ilin ixracının 6,2 mln. dolları sentyabr ayının payına düşüb. Ötən ilin sentyabr ayında 0,1 mln. dollarlıq məhsul ixrac edilib.Xatırladaq ki, "SOCAR Polymer"ə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.
Oxşar xəbərlər
SOCAR: Azərbaycana idxal edilən gübrə ölkədə istehsal edilməyən gübrə növləridir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda bu ilin əvvəlində istifadəyə verilən Karbamid zavodu tam gücü ilə çalışır və ölkəyə idxal edilən gübrə zavo...