“SOCAR ölkəmizin enerji infrastrukturuna böyük töhfələr verib” - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı “Facebook”dakı səhifəsində bildirib.
Kiyev şəhərində Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası çərçivəsində keçirilən görüş zamanı SOCAR-ın Ukraynanın enerji infrastrukturunun inkişafına sanballı töhfələr verdiyi qeyd edilib, ölkənin neft-qaz sənayesində SOCAR-ın iştirak edəcəyi yeni sərmayə layihələri müəyyənləşdirilib.
Ukrayna prezidenti həmçinin 2019-cu ilin dekabr ayındakı Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini deyib.
Görüşdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, "SOCAR Ukraine" MMC-nin baş direktoru Elçin Məmmədov da iştirak ediblər.
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna neft-qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb
Yanvarın 30-da Kiyevdə enerji sahəsində əməkdaşlığa dair Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda...
