SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb
24
dek
2019
18:12
SOCAR prezidenti Rövnəq Abdullayev Tbilisidə Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşüb.
SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, görüşdə Gürcüstan iqtisadiyyatında əhəmiyyətli rol oynayan SOCAR-ın bu ölkədə həyata keçirdiyi irimiqyaslı layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüş zamanı qeyd olunub ki, Gürcüstan hökuməti Tercola şəhəri yaxınlığında "SOCAR Georgia Petroleum"un yeni çoxfunksiyalı kompleksinin açılışını alqışlayır. Hökumət administrasiyasının binasında keçirilən görüşdə gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib.
Qalereya
Oxşar xəbərlər
SOCAR yeni multifunksional kompleks açıb
Gürcüstanın Tbilisi-Sebaki-Leselidze sürət magistralında, Tercola şəhərinin yaxınlığında “SOCAR Georgia Petroleum”un yeni multifunksional kompleksinin təntənəli...