SOCAR-ın "Yaşıl istiqraz"larına abunə yazılışı başa çatıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Yaşıl istiqraz"larına abunə yazılışının yekunlaşması ilə bağlı tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Azərbaycan daim qlobal iqlim gündəliyinə sadiqliyini nümayiş etdirir. "Yaşıl istiqraz"larla bağlı layihə də iqlim təhlükəsizliyinə töhfə verən COP29 irsinin uğurlu davamıdır. Layihə ölkəmizdə innovativ texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılmasına xidmət edəcək. İstiqrazlara marağın yüksək olması SOCAR-ın beynəlxalq investorlar qarşısında etibarlı tərəfdaş mövqeyinin bariz təzahürüdür. Layihənin hazırlanmasında və uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik", - deyə o qeyd edib.
Xatırladaq ki, "Yaşıl istiqraz" emissiyasının ümumi məbləği 200 milyon ABŞ dollarıdır. Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. İstiqrazlardan əldə olunacaq vəsait "SOCAR Green" MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.
Xatırladaq ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib.
SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.
Qalereya
Oxşar xəbərlər
ABŞ və Çin gömrük rüsumlarını qarşılıqlı şəkildə azaldır
ABŞ, Çin mallarına tətbiq etdiyi gömrük rüsumlarını 90 günlük müddət üçün %145-dən %30-a, Çin isə ABŞ mallarına tətbiq etdiyi gömrük rüsumlarını %125-dən %10-a...
