SOCAR-ın vitse-prezidenti: "Metan emissiyaları ilə mübarizədə süni intellekti tətbiq etməyi planlaşdırırıq"
Metan emissiyalarının azaldılması Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emissiyaların azaldılması proqramının tərkib hissəsidir.
BAKU.WS xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən "Metanla mübarizədə irəliləyiş: Qlobal miqyasda metanın azaldılmasının irəlilədilməsi" mövzusunda panel sessiyasının açılışında deyib.
O qeyd edib ki, şirkət dekarbonizasiya prosesini optimallaşdırmaq üçün müntəzəm olaraq zərərli emissiyaları ölçür.
"Biz metan sızmalarını aşkar etmək üçün peyk şəkillərini tədqiq edirik. Biz, həmçinin peşəkar şirkətləri cəlb edərək yerdə ölçmə üsullarından istifadə etməyə başlamışıq və onlarla birlikdə metan emissiyaları ilə mübarizəmizi optimallaşdırmağa kömək edəcək süni intellekt aləti hazırlayırıq", - Ə.İsayev bildirib.
Oxşar xəbərlər
Azərbaycanda tranzit daşımaları son 5 ilin rekord səviyyəsinə çatıb
Azərbaycan beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir...