SOCAR-ın prezidenti Con Ardil ilə görüşüb
SOCAR-ın prezidenti Rövşən Nəcəf "ExxonMobil" korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə "ExxonMobil" korporasiyasının iştirakından məmnunluq ifadə edilib, şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.
Söhbət zamanı "ExxonMobil"in və SOCAR-ın yerli və xarici ölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yeni layihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanda reallaşdırılacaq yeni layihələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Qalereya
Oxşar xəbərlər
Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb"
"Bu gün fəaliyyətə başlayan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu olduqca uğurlu keçir, çünki forumu şəxsən Prezident açıb". BAKU.WS xəbər verir ki, bunu...