SOCAR-ın idarəsinin qeyri-neft ixracından 360 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 358,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayında bildirilir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 24,5 milyon ABŞ dolları və ya 6,4 % azdır.
11 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Dövlət müəssisələri xalis mənfəətinin azı 30 %-ni dividend kimi büdcəyə ödəyəcək
Maliyyə Nazirliyi Prezident İlham Əliyevin bu gün dövlət müəssisələri ilə bağlı imzaladığı fərmanı şərh edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, nazirl...