SOCAR-ın idarəsinin qeyri-neft ixracı nə qədər artdı?

SOCAR-ın idarəsinin qeyri-neft ixracı nə qədər artdı?
Video
İqtisadiyyat 25

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 244 milyon 200 min ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayında bildirilib.

Qeyd edilib ki, bu göstərici 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 13 milyon 200 min ABŞ dolları və ya 5.7 faiz çoxdur. Bununla SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini davam etdirib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracı 2 milyard 90 milyon dollar təşkil edib. Bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 11.4 faiz çoxdur.

Ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər