SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə məxsus olub.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın dekabr buraxılışında bildirilir.
Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC, "AzerGold" QSC, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsindəki "Azəralüminium" MMC, "Azərenerji" ASC, AİH-in idarəetməsindəki "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındakı Suraxanı Maşınqayırma Zavodu" ASC və AİH-in tabeliyindəki "Azəripək" MMC qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan bu il Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz ixrac edib
Bu il Azərbaycan Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12,9 milyard kubmetr təbii qaz ixrac edib. BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz...