"SOCAR Green" və Universal Energy Azərbaycanda yaşıl enerjinin inkişafı üçün qüvvələrini birləşdirir
"SOCAR Green" MMC və "Universal Energy Co. Ltd." arasında Azərbaycanda bərpaolunan enerji layihələrinin birgə həyata keçirilməsi imkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "SOCAR Green" məlumat dərc edib.
Bildirilib ki, saziş ölkədə bərpa olunan enerji infrastrukturunun gücləndirilməsi məqsədilə günəş və külək enerjisi (quruda və dənizdə), eləcə də enerji saxlama sistemləri sahəsində layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın əsasını qoyur.
"Sənəd layihənin hazırlanması, EPC (mühəndislik, satınalma və tikinti) və O&M (istismar və texniki xidmət) sahələrində birgə fəaliyyəti nəzərdə tutur. Bu strateji tərəfdaşlıq regionda davamlı enerji həllərinin irəliləyişinə doğru mühüm addımdır", - deyə "SOCAR Green"dən bildirib.
Oxşar xəbərlər
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,91 milyon ABŞ dolları dəyərində 1 min 441 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib. BAKU.WS "Report"a istinad...