"SOCAR Green": BESS Azərbaycanın enerji dəhlizlərinin tərkibinə daxil ediləcək

SOCAR Green: BESS Azərbaycanın enerji dəhlizlərinin tərkibinə daxil ediləcək
İqtisadiyyat 22

Batareya Enerji Saxlanc Sistemləri (BESS) Azərbaycanın enerji ixrac dəhlizlərinin əsas komponentinə çevriləcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "SOCAR Green"in Texnologiyalar və innovasiyalar departamentinin direktoru Elçin Tarquliyev "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması üçün həllər" adlı vebinarda deyib.

"BESS-in ən geniş yayılmış və tanınmış tətbiqi enerji şəbəkəsinin sabitliyinin təmin edilməsidir. Bu sistem şəbəkənin tezliyini dəstəkləməyə, ehtiyat güc funksiyalarını yerinə yetirməyə, gərginliyi tənzimləməyə, sıfırdan işə salmanı təmin etməyə və digər vəzifələri həyata keçirməyə qadirdir. Eyni zamanda o, enerji layihələrinin tərtibatçılarına əhəmiyyətli fayda gətirə bilər. Məsələn, bu sistem günəş elektrik enerjisi istehsalçıları üçün generasiyanın zaman dəyişməsini həyata keçirməyə imkan verir.

Hazırda maksimum istehsal günün ortasına düşür, halbuki elektrik enerjisinə ən çox tələbat axşam saatlarına yaxın müşahidə olunur. Bu sistem sayəsində istehsal olunmuş enerjini yüksək istehlak dövrlərinə yenidən bölüşdürə bilərik. Bundan əlavə, bu, güc məhdudiyyəti ehtiyacını azaldır. Bərpa olunan enerji mənbələrinin payı artdıqca şəbəkə operatorları generasiyanın məhdudlaşdırılmasına əl atmaq məcburiyyətində qalacaqlar", - o qeyd edib.

Onun fikrincə, Batareya Enerji Saxlanc Sistemləri tərtibatçılara bu problemin həllinə kömək edə bilər: "İstehsalın məcburi azaldılması əvəzinə onlar enerjini yığıb aşağı generasiya anlarında şəbəkəyə verə bilərlər. Nəhayət, yaxın perspektivdə xüsusi əhəmiyyət kəsb edən məsələ ixrac dəhlizləridir. Azərbaycanda çoxsaylı ixrac enerji dəhlizləri yaradılacaq və batareya saxlanc sistemləri onların ən mühüm tərkib hissəsinə çevriləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər