SOCAR ABŞ şirkəti ilə enerji keçidinin sürətləndirilməsini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın "Honeywell" şirkəti arasında enerji keçidinin sürətləndirilməsi müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (WEF 2026) çərçivəsində "Honeywell" şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Vimal Kapur ilə səmərəli görüş keçirdik. Görüş zamanı qabaqcıl texnologiyaların, rəqəmsallaşmanın və innovasiyaların enerji keçidini sürətləndirmək və enerji dəyər zənciri boyunca səmərəliliyi artırmaqda oynadığı rol müzakirə olundu", - R.Nəcəf qeyd edib.
Onun sözlərinə görə, görüş, həmçinin dayanıqlılıq, bərpa olunan enerji, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün imkan yaratdı.
Oxşar xəbərlər
Maksim Malyutin: "Azərbaycanın bank sektoru COVID-19-dan əvvəlki səviyyədən daha dayanıqlı olub"
Azərbaycanın bank sektoru hazırda COVID-19-dan əvvəlki dövrə nisbətən daha dayanıqlıdır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Fitch Ratings" beynəlx...