SOCAR 2050-ci ilədək "xalis sıfır" hədəfinə çatmaq üçün görülən işləri Türkmənistanda təqdim edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə strukturu olan "SOCAR Green" MMC-nin 2050-ci ilədək "xalis sıfır" hədəfi, dekarbonizasiya təşəbbüsləri və bu istiqamətdə atılan addımları Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən "Karbohidrogen yataqlarının işlənməsi zamanı innovativ texnologiyaların tətbiqinin ekoloji aspektləri" mövzusunda Beynəlxalq elmi-praktik konfransında təqdim olunub.
BAKU.WS SOCAR-ın məlumatına istiadən xəbərverir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf konfransda çıxış edərək enerji, texnologiya və ekologiya kəsişməsində dayanıqlı inkişaf üçün əsas çağırışlardan danışıb.
Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirak etdiyini bildirən SOCAR prezidenti COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsinin ölkəmizin ekoloji məsələlərə həssas yanaşmasının bariz göstəricisi olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Kriptovalyuta bazarında dalğalanma böhrandan xəbər verir?
"Bitcoin"in qiymətində son günlər baş verən eniş kriptovalyuta bazarında yenidən müzakirələrə səbəb olub. Rəqəmsal aktivlərə yatırım edən şəxslər qiymətlərin da...