SOCAR 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq üçün atılacaq addımları açıqlayıb

SOCAR 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq üçün atılacaq addımları açıqlayıb
İqtisadiyyat 57

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2035-ci ilə qədər əsasən qazla işləyən enerji, həmçinin bərpa olunan enerji qarışıq portfelinə malik şirkətə çevrilməyi hədəfləyir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, SOCAR qlobal miqyasda sərfəli, davamlı və təhlükəsiz enerji təmin edən milli enerji şirkətinə çevrilmək üçün çox aydın baxış müəyyən edib: "2035-ci ilə qədər biz əsasən qazla işləyən enerji, həmçinin bərpa olunan enerji qarışıq portfelinə malik enerji şirkətinə çevriləcəyik. Biz təbii qaz olmadan ədalətli, sərfəli, ən əsası, təmiz enerjiyə keçidi təmin edə bilməyəcəyik. Bu sadəcə mümkün deyil".

O deyib ki, SOCAR 2050-ci ilə qədər sıfır emissiyalı şirkətə çevriləcəyik: "Biz strategiyamızı üç təməl üzərində quracağıq. Birincisi, əsas fəaliyyətin dekarbonizasiyasıdır. Biz artıq buna başlamışıq. İkincisi, korporativ mədəniyyəti dəyişdirməkdir və bu son dərəcə vacibdir. Məsələn, biz şirkətin təşkilati strukturunu dəyişdirdik və yaradıcılıq çatışmazlığı üçün enerji keçidi və dekarbonizasiya adlanan yeni bir seqment təqdim etdik".

Ə.İsayev bildirib ki, həmçinin bu, şəffaflığı təmin edir, hər kəs nə üçün məsuliyyət daşıdığını başa düşür: "Üçüncü təməl aşağı karbonlu biznesə daxil olmaqdır. Biz buna da başlamışıq və bu gün danışdığımız aşağı karbonlu bizneslərdən biri bərpa olunan enerji istehsalıdır. Beləliklə, davamlı, sərfəli, təhlükəsiz enerji təmin edən enerji şirkətinə çevrilmək strategiyamız üçün çox vacibdir".

Son xəbərlər