SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ildə tarixinin ən geniş seysmik proqramını həyata keçirməyi planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov "SPE Xəzər Texniki Konfransı-2025" çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, şirkət gələn ildən yetkin yataqlarda ehtiyatların daha dəqiq xəritələnməsi üçün SOCAR tarixində ən böyük seysmik tədqiqat proqramına start verəcək:
"Məhdud büdcə şəraitində ən böyük dəyər yaradan sahələri düzgün hədəfləməliyik. 2026-cı ildə həyata keçirəcəyimiz seysmik proqram SOCAR-ın tarixində ən genişmiqyaslı fəaliyyət olacaq və əsas məqsəd yeraltı ehtiyatların dəqiq müəyyən edilməsidir".
O əlavə edib ki, seysmik işlərlə yanaşı, digər məlumat toplama prosesləri də "Baker Hughes", "Halliburton" və "Schlumberger" kimi beynəlxalq tərəfdaşlarla birgə aparılır:
"Qeyri-müəyyənliyin azaldılması üçün texnoloji əməkdaşlıq əsas amildir. Yalnız düzgün hədəfləri müəyyən etdikdən sonra yataqların tammiqyaslı canlandırılmasına investisiya yatırmaq mümkündür".
Oxşar xəbərlər
Azərbaycan nefti 4 %-dən çox BAHALAŞIB
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,87 ABŞ dolları və ya 4,37 % artaraq 68,51 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...