Azərbaycanda orta aylıq əməkhaqqı 7 %-dən çox artıb
09
sen
2026
11:26
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 % artaraq 1 177 manat təşkil edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Oxşar xəbərlər
Azərbaycan əhalisinin gəlirləri 9 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat təşkil edib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu...