İşsizlərə verilən sığorta ödənişinin müddəti uzadıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda yeni növ koronavirus pandemiyası ilə əlaqədar işsizlərə verilən sığorta ödənişinin müddəti uzadılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 129 nömrəli Qərarının 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:
"2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdirilsin.
Oxşar xəbərlər
“Minimum əməkhaqqı məbləği artırılsın, “uşaq pulu” bərpa edilsin” - YENİ TƏKLİFLƏR
Bu gün Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyəti barədə hesabatı dinləniləcək. Sənədi Baş nazir Əli Əsədov videohesabat şəklində...