İşğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerji zonasının yaradılması istiqamətində işlər davam edir - FOTO

İşğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerji zonasının yaradılması istiqamətində işlər davam edir - FOTO
İqtisadiyyat 4

“Azərbaycan 2030-cu ilədək elektrik qoyuluşu gücünün 30 faizini bərpa olunan enerji mənbələrindən əldə etməyi və istixana qazı emissiyalarını azaltmağı hədəfləyir”.

Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerji zonasının yaradılması istiqamətində növbəti layihə olan Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının bərpası və istismarı məqsədilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb.

Son xəbərlər