Serbiyanın "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulması müzakirə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Serbiyanın iqtisadiyyat naziri Adrijana Mesaroviç ilə görüşdə isə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
BAKU.WS Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan Serbiyaya 32,3 milyon kubmetr qaz tədarük edildiyi, yeni müqavilə ilə qaz təchizatı üzrə əməkdaşlığın genişləndiyi qeyd edilib.
Görüşdə Serbiyanın "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulması, qaz elektrik stansiyasının tikintisi, xam neftin tədarükü, qaz tranziti üzrə əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Dekabrda Azərbaycanda keçirilməsi planlaşdırılan Biznes Forumla bağlı da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
AMB: Bu il 1 barel neftin qiyməti 92,8 dollar olacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il 1 barel neftin qiymətinin 92,8 ABŞ dolları olacağını proqnozlaşdırır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu AMB-...